Şirkət haqqında
Fikir Coworking - Azərbaycanın innovasiyalar sektorunda fəaliyyət göstərən, beynəlxalq normalara cavab verən kovörkinq mərkəzləri şəbəkəsidir.
Bizim məqsədimiz startaplar, sahibkarlar və yaradıcılıqla məşğul olan şəxslərə peşəkar və məhsuldar bir iş mühiti təmin etməkdir. Müasir və geniş iş məkanlarımız, 24 saat fasiləsiz iş rejimi, yüksək sürətli internet bağlantısı, innovativ iş şəraiti və əlverişli lokasiya imkanları ilə fərqlənirik.
Mərkəzimizdə müxtəlif tədbirlər, seminarlar və netvörkinq görüşləri təşkil olunur ki, bu da iştirakçılar üçün yeni imkanlar və əməkdaşlıqlar yaradır. Biz, innovasiya və yaradıcılığın bir araya gəldiyi bir platforma olaraq, rezidentlərimizin hər birinin uğuruna töhfə verməyi hədəfləyirik.
Biz hazırda yeni filiallar axtarışındayıq və missiyamızı daha geniş bir əhatəyə yaymaq üçün daim çalışırıq.
Eldar AhmadzadaCo-Founder
Aygun MirzaliyevaCo-Founder